Sol tərəfdə olan İnşalar toplusundan bir çox inşaya baxa bilırsiniz.
Saytımız hələ təzə olduğu üçün inşalar azdır amma, sizin dəstəyiniz ilə inşalarə dahada çoxaldacaq və inşaları artıracağıq! Saytımızı zıyarət etməyi unutmuyun =)

Babalarımızın Əmanəti

     Bizim yaşadığımız yer Azərbaycan dünyanın ən gözəl düşələrindən biridir. Azərbaycan bizim vətənimiz doğma yurdumuzdur. Vətənimizin tarixi çox qədimdir. İllərdən bəri gözəl təbiəti və mədəniyyəti ilə düşmənlərin diqqətini özünə cəlb etmişdir. Düşmən basqınlarına qarşı xalqımız inadlı mübarizə göstərmiş və son damla qanına qədər vuruşmuşdur. Onlar hər cür mübarizəyeə hazır olmuş vətəni canlarından əziz tutmuşlar. İndi suyunu içdiyimiz, çörəyini yediyimiz, üzərində yaşadığımız, Vətən torpağı onların, yəni dədə-babalarımızın bizə əmanət qoyub getdiyi torpaqlardır.
     Babalarımızın bizə qoyub getdiyi Vətən torpağının dünyada tayı-bərabəri yoxdur. Bu torpaq həmişə dara düşəndə igidlərə qəhrəmanlara arxalanıb. O igidlərə ki, o qəhrəmanlara ki, Vətən köməyə çağıranda qılınca, qalxana sarılıb, at belinə qalxaraq döyüş meydanına tələsiblər. Tələsiblər ki, yağıların pəncəsindən xilas etsinlər Vətəni. Ulu babalarımızın çox əzab-əzab-əziyyətlərlə qoruyub bizə çatdırmışlar. Biz də babalarımızın bizə qoyub getdiyi əmanəti göz bəbəyimiz kimi qorumalıyıq.

Hiç yorum yok:

Yorum Gönder