Sol tərəfdə olan İnşalar toplusundan bir çox inşaya baxa bilırsiniz.
Saytımız hələ təzə olduğu üçün inşalar azdır amma, sizin dəstəyiniz ilə inşalarə dahada çoxaldacaq və inşaları artıracağıq! Saytımızı zıyarət etməyi unutmuyun =)

Sadəlik və təvazökarlıq insanın yaraşığıdır

İnsana xas olan gözəl sifətlərdən biri sadəlik və təvazökarlıqdır. İnsanlar sadə və təvazökar adamları sevir və onlara hörmət bəsləyirlər. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, uğur və müəffəqiyyətləri ilə qazandıqları nəaliyyətlərlə öyünmürlər. Əksinə, müəffəqiyyətlər artdıqca onlar özlərini daha da sadə aparır, qazandıqlarını az bilir və daha çox nəaliyyət əldə etməyə çalışırlar. Sadə və təvazökar adamlar hamı ilə mehriban və səmimi rəftar edir, daha çox gülərüz olurlar.Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər. Lovğalıq, özünü öymək və hamıya yuxarıdan-aşşağı baxmaq insanı fəallıq və təvazökarlıqdan məhrum edir, onun başqa adamlar qarşısında hörmətdən düşməsinə səbəb olur. Belə adamları heç kim bəyənmir və onlarla ünsiyyətə girmək istəmirlər. Ona görə də, heç vaxt lovğalanmaq, özünü göynən aparmaq olmaz. Sadəlik və təvazökarlıq insanın yaraşığdır. İnsan nə qədər sadə olsa, nə qədər rəvazökar olsa, bir o qədər yüksələr, hörmət sahibi olar. Atalar deyib ki, ağac bar verəndə başını aşşağı əyər! Sadəlik və təvazökarlıq ən gözəl insani xsusiyyətlərdəndir və mən də çalışacam ki, sadə və təvazökar olum.

Hiç yorum yok:

Yorum Gönder